Dövlət qurumlarının əməkdaşları arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş futzal üzrə üzrə Naxçıvan Muxtar Respublika turnirində yarımfinal matçları keçirilib. Böyük tamaşaçı dəstəyi ilə keçən oyunların nəticələrinə əsasən Kənd Təsərrüfatı və Maliyyə nazirliklərinin komandaları finala adlayıblar. Nəticələr aşağıdaı kimidir:
Maliyyə Nazirliyi - Ədliyyə Nazirliyi – 9:3
Kənd Təsərrüfatı Nazirliyi - Daxili İşlər Nazirliyi 3:2
Qalib komandalar arasında həlledici final görüşü oktyabrın 12-də İlham Əliyev adına Olimpiya Kompleksində keçiriləcək. Daxili İşlər və Ədliyyə nazirliklərin təmsilçiləri üçüncülük matçında mübarizə aparacaqlar.
Görüşlərin başlanma vaxtı ilə bağlı informasiya qarşıdakı günlərdə ictimaiyyətlə paylaşıcaq.